Zaqatalada 73 yaşlı kişi göbələkdən zəhərlənərək ölüb

Zaqatalada 73 yaşlı kişi göbələkdən zəhərlənərək ölüb
# 02 noyabr 2017 14:46 (UTC +04:00)

Zaqatala rayon sakini göbələkdən zəhərlənib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 31-i səhər saatlarında rayonun Makov kənd sakini, 1944-cü il təvəllüdlü Şaban Musa oğlu Şabanov kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı 73 yaşlı Şaban Şabanovun göbələkdən zəhərləndiyi məlum olub. Elə həmin gün Şaban Şabanovun vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Şaban Şabanov bu gün səhər saatlarında mərkəzdə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR