Suriyanın İdlib vilayətində Suriya-Türkiyə sərhədinə üz tutan qaçqınların sayı 205 min nəfərə çatıb

Suriyanın İdlib vilayətində Suriya-Türkiyə sərhədinə üz tutan qaçqınların sayı 205 min nəfərə çatıb
# 22 dekabr 2019 16:32 (UTC +04:00)

Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr və müttəfiqlərinin Suriyanın İdlib vilayətinə hücumları, aviazərbələri davam edir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, son iki gün ərzində İdlibdə hücuma məruz qalan yaşayış məntəqələrini tərk edən 25 min nəfər Türkiyə sərhədinə üz tutub.

Noyabrın əvvəlindən İdlibdə evlərini tərk edən mülki şəxslərin ümumi sayı isə 205 min nəfərə çatıb. Türkiyə sərhədinə doğru hərəkət edən mülki şəxslərin sayı hər saat artır. Mülki əhali əsasən İdlib vilayətinin cənubundakı Marat-en-Numan şəhəri yaxınlığındakı yaşayış məntəqələrini tərk edir. Bəşər Əsədə sadiq qüvvələr son sutka ərzində Marat-en-Numan şəhəri yaxınlığında 15 kəndi nəzarətə götürüb.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Suriyada aksiyaların və toqquşmaların başlandığı 2011-ci ilin martından bu günə qədər 5,6 milyon insan qaçqın durumuna düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR