Mamuka Areşidze: “Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı münaqişələrin həllinə yönəlməyib”

Mamuka Areşidze: “Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı münaqişələrin həllinə yönəlməyib”
# 08 noyabr 2016 08:00 (UTC +04:00)

“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı münaqişələrin həllinə yönəlməyib. Hərbi əməkdaşlıq hər üç ölkədə və bölgədə yaranan müxtəlif təhlükələri süzgəcdən keçirmək üçündür”.

Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze deyib. O bildirib ki, başqa bir kontekstdən yanaşılarsa, Türkiyə NATO üzvü, Gürcüstan isə bu ittifaqa üzv olmaq istəyən ölkədir: “Fikrimcə, Azərbaycan da NATO istiqamətinə yönəlib. Vaxtilə, yəni 1994-1995-ci illərdə Gürcüstan və Azərbaycan Rusiyaya hərbi əməkdaşlıq təklif etmişdilər. Rusiya bu məsələ ilə məşğul olmağı istəmədi. Bundan sonra Şimali Atlantika Alyansı bu işlə məşğul olmağa başlayıb. Bunda təəccüblü heç nə yoxdur. Biz, Azərbaycan və Gürcüstan olaraq cəhd edirik ki, qızıl ortanı saxlayaq. Qızıl orta iqtisadi sahədə Rusiya ilə əməkdaşlıq, hərbi və digər sahələrdə Qərblə əməkdaşlıq etmək deməkdir”.


Gürcüstan-NATO əməkdaşlığının intensiv inkişaf etdiyini söyləyən ekspert bu günlərdə Gürcüstanda növbəti dəfə birgə təlimlərin keçiriləcəyini vurğulayıb: “Bu təlimləri unikal hesab etmək olar. NATO heç vaxt tərəfdaş ölkələrdə belə təlimlər keçirməyib. O, yalnız üzv ölkələrdə təlimlər keçirib. Bu, o demək deyil ki, Gürcüstan sabah NATO-ya daxil olacaq. Bu məsələ hələ gündəlikdə durmur. Hazırda Gürcüstan NATO-nun stabil tərəfdaşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR