Britaniya baş nazirinin elçisi: “Neft və qazın yaxın gələcəkdə Azərbaycan və dünya üçün əhəmiyyəti davam edəcək”

Britaniya baş nazirinin elçisi: “Neft və qazın yaxın gələcəkdə Azərbaycan və dünya üçün əhəmiyyəti davam edəcək”
# 29 may 2018 16:49 (UTC +04:00)

“Birləşmiş Krallıq və Şimalı İrlandiyanın xüsusilə neft-qaz sahəsində Azərbaycanda birbaşa investor olması ilə fəxr edirəm. Bu sahədə görməli çox iş var”.

APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışında deyib.

Qonaq bildirib ki, 500-dən artıq Britaniya şirkəti bu gün Azərbaycanda uğurla fəaliyyət göstərir: “Neft və qaz yaxın gələcəkdə Azərbaycan və dünya üçün əhəmiyyət kəsb etməyə davam edəcək. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək istəyini nəzərə alaraq birgə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyimiz digər sahələrə də diqqət etməyimiz vacibdir. Buraya təhsil, turizm, aqrosektor və digərlərini aid etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR