Yeni Zelandiyada vulkan püskürməsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yeni Zelandiyada vulkan püskürməsində ölənlərin sayı artıb    - YENİLƏNİB
# 09 dekabr 2019 12:48 (UTC +04:00)

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.

APA-nın “New Zealand Herald” nəşrinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 5-ə çatıb. 20 nəfərin isə itkin düşdüyü bildirilir.

***

10.45

Yeni Zelandiyaya məxsus Ağ Adada (White Island) vulkan püskürməsi olub.

APA-nın məlumatına görə, bu barədə Yeni Zelandiyanın "GeoNet" təşkilatı öz "Twitter" səhifəsində bildirib. İlkin məlumatlarda bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə zamanı adadakıların əsasən turistlər olduğu qeyd edilib.

Ada istiqamətinə uçuşlar dayandırılıb. Adada qalanların xilas edilməsi istiqamətində işlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR