Qəbələdə yaşayış evi yanıb

Qəbələdə yaşayış evi yanıb
# 17 yanvar 2017 06:06 (UTC +04:00)

Bu gecə Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 05.08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR