ABŞ "bitcoin" fyuçersləri ilə ticarətə razılıq verib

ABŞ "bitcoin" fyuçersləri ilə ticarətə razılıq verib
# 02 dekabr 2017 10:28 (UTC +04:00)

ABŞ-ın Təcili birja ticarəti üzrə komissiyası "bitcoin" fyuçersləri ilə ticarətə razılıq verib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, alınan razılığa əsasən, fyuçerslərlə "CME Group Inc." və "Cboe Global Markets Inc." şirkətləri ticarət edə bilərlər.

"CME Group Inc." bəyan edib ki, ticarətə dekabrın 18-dən etibarən start veriləcək. "Cboe Global Markets Inc." hələlik bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR