Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb
# 19 iyul 2017 09:44 (UTC +04:00)

Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın məlumatına görə, iyulun 17-də Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin və Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Bakı Dəmiryolu Vağzalında əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşən Şamil oğlu Ağayevdən 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR