Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 dekabr 2019 19:11 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 17:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Çayarxı kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR