Sumqayıtda zibil qabından meyit tapılıb.
APA-nn yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.