Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb
# 18 yanvar 2018 07:39 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,5% artaraq 35,3 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 301,9 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 40,9 manat çox əmtəə alıb.

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin səviyyəsini real ifadədə 1,9% üstələyərək 17883,4 mln. manata çatıb. Ticarət dövriyyəsi 17384,7 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı illə müqayisədə 3,1% çox olub.

Hesabat ilində bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

2017-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR