DGK-da regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib

DGK-da regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib
# 07 dekabr 2016 08:48 (UTC +04:00)

Dövlət Gömrük Komitəsində (DGK) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramıçərçivəsində regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib.

Müzakirə zamanı DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev DGK tərəfindən son dövrlərdə həyata keçirilən layihələr barədə məlumat verib, prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar hesabına gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atıldığını vurğulayıb.

Nümayəndə heyəti Azərbaycan, Gürcüstan, Ukrayna , Moldova, Özbəkistan və İran arasında ilkin məlumat mübadiləsi, gömrük nəzarətinin nəticələri üzrə məlumat mübadiləsi və elektron sənədlərin tanınması barədə aparılan danışıqlar və razılaşmalar haqqında da məlumatlandırılıb.

Nümayəndə heyətinin üzvləri CAREC ölkələri üzrə tranzit dəhlizinin inkişaf etdirilməsi, ölkələr arasında məlumat mübadiləsinin təşkili və digər ölkələrdə həyata keçirilən layihələr barədə məlumat verərək Azərbaycan gömrük orqanlarının AİB arasındakı qarşılıqlı əlaqələrin inkişafının ümumi işə fayda verəcəyini bildiriblər.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR