İki rayonun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

İki rayonun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
# 30 noyabr 2016 07:33 (UTC +04:00)

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun isə Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR