Rusiyada ev yanıb, 1-i uşaq olmaqla 4 nəfər yanaraq ölüb

Rusiyada ev yanıb, 1-i uşaq olmaqla 4 nəfər yanaraq ölüb
# 17 yanvar 2017 03:17 (UTC +04:00)

Rusiyanın Amur vilayətində ikimərtəbəli fərdi evdə güclü yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Svobodnıy şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, iki qadın və 6 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.

Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR