Dövlət Bayrağı Günü münasibətilə Kiyevdə aksiya keçirilib

Dövlət Bayrağı Günü münasibətilə Kiyevdə aksiya keçirilib
# 09 noyabr 2017 08:31 (UTC +04:00)

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.

APA-nın xəbərinə görə, aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev "Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
Sonra “Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR