Rəşad Tağıyev: "Bu il BŞTİ-nin tabeliyindəki 6 məktəbdə əsaslı təmir işləri aparılıb"

Rəşad Tağıyev: "Bu il BŞTİ-nin tabeliyindəki 6 məktəbdə əsaslı təmir işləri aparılıb"
# 16 dekabr 2019 16:11 (UTC +04:00)

“2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb”.

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O qeyd edib ki, bundan əlavə mövcud olan bir məktəbin binası yenilənib:

“Bir məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb”.

R.Tağıyev əlavə edib ki, hazırda bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR