Azərbaycanın bank sektorunun balans kapitalı 2 mlrd. manatdır

Azərbaycanın bank sektorunun balans kapitalı 2 mlrd. manatdır
# 03 fevral 2017 13:46 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31 mlrd. 439,5 mln. manat, cəmi öhdəlikləri 29 mlrd. 530,7 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 1 mlrd. 908,8 mln. manatdır.

Əhalinin əmanətləri 7 mlrd. 432,1 mln. manat həcmindədir.

Banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nın işçi heyəti 2 657 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR