Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib
# 25 yanvar 2018 04:39 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR