Qəbələ nümayəndə heyəti Ukraynada keçirilən beynəlxalq biznes-forumda iştirak edib

Qəbələ nümayəndə heyəti Ukraynada keçirilən beynəlxalq biznes-forumda iştirak edib
# 29 noyabr 2016 12:56 (UTC +04:00)

Ukraynanın Rovno Vilayət Administrasiyası başçısının dəvəti ilə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rovno şəhərində keçirilən “Böyük Rovno. İnvestpotensial” II Beynəlxalq Biznes-Forumunda iştirak edib.

APA-nın yerli bürosunun xəbərinə görə, forum çərçivəsində Rovno şəhər administrasiyasında ikitərəfli görüş keçirilib. Rovno vilayət dövlət administrasiyasının başçısı Aleksey Mulyarenko ilə keçirilən görüşdə sənaye, mədəniyyət, turizm və digər sahələr üzrə əlaqələrin perspektivləri müzakirə olunub. Səfər zamanı nümayəndə heyəti Rovno vilayətinin sənaye obyektləri, istehsal müəssisələri, tarixi-mədəniyyət abidələri və turizm potensialı ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR