SOCAR ötən ay dövlət büdcəsinə və DSMF-yə ödənişləri artırıb

SOCAR ötən ay dövlət büdcəsinə və DSMF-yə ödənişləri artırıb
# 09 fevral 2017 14:32 (UTC +04:00)

Bu ilin yanvar ayında SOCAR tərəfindən dövlət büdcəsinə 128 mln. 187 min manat vəsait ödənilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 10 mln. 496 min manat və ya 8,92% çoxdur.

Bundan əlavə, bu ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 507 min manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 mln. 379 min manat və ya 23,49% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR