Donetskdə separatçı "nazir"in avtomobili partladılıb

Donetskdə separatçı "nazir"in avtomobili partladılıb
# 23 sentyabr 2017 10:41 (UTC +04:00)

Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, separatçı “Donetsk Xalq Respublikası”nın gəlirlər və yığım “naziri” Aleksandr Timofeyevə sui-qəsd edilib. Onun avtomobili partladılıb. Nəticədə A. Timofeyev kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şəhərin Sülh prospekti ilə Ulrix küçəsinin kəsişməsində baş verən hadisə zamanı daha 7 nəfər xəsarət alıb.

Qeyd edək ki, “Saşa Taşkent” ləqəbi ilə məşhur olan A. Timofeyev Donetsk aeroportunda Ukrayna ordusu ilə ağır döyüşlər aparan “Oplot” hərbi dəstəsinə rəhbərlik edib. Qondarma respublikanın elan edilməsindən sonra o, gəlirlər və yığım naziri, 2016-cı ildə isə həm də baş nazirin müavini təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR