Gürcüstan DİN azərbaycanlı şagirdin təhqir olunduğu məktəblə bağlı istintaq aparır

Gürcüstan DİN azərbaycanlı şagirdin təhqir olunduğu məktəblə bağlı istintaq aparır
# 24 oktyabr 2017 09:37 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisi şəhərinin 67 saylı məktəbində şagirdlərə qarşı mümkün zorakılıq faktı ilə bağlı istintaqa başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda istintaq çərçivəsində dindirmə aparılır. Şagirdlərə qarşı fiziki təzyiq və təhqirə yol verdiyi bildirilən məktəbin kimya müəllimi Dodo Kezua da istintaqa cəlb olunub.

Xatırladaq ki, D.Kezua azərbaycanlı qız şagirdini də təhqir etməkdə suçlanır. O, artıq işdən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR