Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTOSESSİYA

Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2017 15:04 (UTC +04:00)

Ağcabədinin Hüsülü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.

Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüsülü kənd uşaq bağçasının əşyaları otaqdan çıxarılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 15.59

Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

saat 15.10

Ağcabədidə ikimərtəbəli klub binası yanır.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Hüsülü kəndində baş verib.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayon yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın hazırda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR