Bakıda usta 4-cü mərtəbədən yıxılaraq ölüb

Bakıda usta 4-cü mərtəbədən yıxılaraq ölüb
# 08 fevral 2018 07:35 (UTC +04:00)

Bakıda usta faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Mətbuat prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin fasadında təmir işləri aparan 1989-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bədəlov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR