Balakəndə 2 ton narkotik məhv edilib

Balakəndə 2 ton narkotik məhv edilib
# 30 iyul 2018 08:38 (UTC +04:00)

Balakəndə 2 tondan artıq narkotik məhv edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Meşəşambul kəndində yabanı halda bitmiş 2 tondan çox, 3254 ədəd narkotik tərkibli çətənə kolu RPŞ-nin əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR