SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 12 dekabr 2017 08:36 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib.


Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- startap layihələrin maliyyələşdirilməsi;

- müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının yaradılması;

- meyvəqurutma müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR