Nazirlik: Qobustanda ana ölümünə qanaxmanın səbəb olduğu ehtimal edilir

Nazirlik: Qobustanda ana ölümünə qanaxmanın səbəb olduğu ehtimal edilir
# 18 oktyabr 2017 13:40 (UTC +04:00)

Qobustanda qeydə alınan ana ölümünün ilkin səbəbi açıqlanıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib ki, Qobustanda 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin qanaxmadan öldüyü ehtimal edilir.

Bu, qadının dördüncü hamiləliyi və doğuşu olub. Onun sözlərinə görə, meyit müayinə olunmaq üçün pato-marfoloji təşrihə verilib.

S.Məmmədova qeyd edib ki, eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR