Əqli Mülkiyyət Agentliyinin "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb

Əqli Mülkiyyət Agentliyinin  "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb
# 05 dekabr 2019 10:57 (UTC +04:00)

"Əqli Mülkiyyət Agentliyinin 960 nömrəli "Qaynar xətti"nə əqli mülkiyyət məsələləri üzrə orta hesabla 1500-dən artıq müraciət və sorğulara baxılıb".

APA xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusunda keçirilən seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu - koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşıb:

"Agentlik nümayəndələri 2018-ci ilin sentyabrından 2019-cu ilin dekabrın 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak edib. Struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apelyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Şuraya sənaye mülkiyyətinə aid 185 müraciət daxil olub, onlardan 164 işə münasibətdə artıq qərar qəbul olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR