Almaniyada sürücü yük avtomobilini insanların üstünə sürüb: 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Almaniyada sürücü yük avtomobilini insanların üstünə sürüb: 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-2
# 07 aprel 2018 18:34 (UTC +04:00)

Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir.

Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.

****19.34

Almaniyada sürücünün idarə etdiyi yük avtomobilini insanların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.

APA-nın məlumatına görə, bu barədə "FAZ" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

*** 19.05

Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.

APA-nın "Rheinische Post" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur.

Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR