FHN Bakıda tikilən yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb

FHN Bakıda tikilən yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb
# 12 aprel 2018 20:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR