Səudiyyə Ərəbistanında polis patrulu atəşə tutulub, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında polis patrulu atəşə tutulub, ölən və yaralananlar var
# 30 iyul 2017 23:30 (UTC +04:00)

Səudiyyə Ərəbistanının şərqində polis patrulu naməlum silahlılar tərəfindən atəşə tutulub.

APA-nın xəbərinə görə, bu barədə yerli “SPA” agentliyi Səudiyyə Ərəbistanının Daxili işlər nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb. İnsidentin iyulun 30-u səhər saatlarında Əl-Qətif şəhəri yaxınlığında baş verdiyi bildirilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanının Dammam şəhərində naməlum şəxslərin polis patrulunu atəşə tutması nəticəsində iki əsayiş keşikçisi ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR