Hillari Klinton və Donald Tramp ABŞ prezident seçkilərində səs veriblər - YENİLƏNİB

Hillari Klinton və Donald Tramp ABŞ prezident seçkilərində səs veriblər - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2016 17:50 (UTC +04:00)

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Yorkda həyat yoldaşı, ölkənin eks-prezidenti Bill Klintonla birgə səs verib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, səs verdikdən sonra Hillari Klinton seçki məntəqəsində olan seçicilərlə söhbət edib. O, prezident seçiləcəyi təqdirdə bunun özü üçün böyük bir məsuliyyət olacağını və prezidentliyin uğurlu olması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp da Nyu-Yorkdakı seçki məntəqələrindən birində səs verib.

“Fox News”un xəbərinə görə, o, həyat yoldaşı ilə birlikdə səsvermədə iştirak edib. D.Tramp buradakı seçicilərlə görüşərək, onlara hər şeyin yaxşı olacağını vəd edib.

Qeyd edək ki, “Fox News”un keçirdiyi son sorğunun nəticələrinə əsasən, H.Klinton rəqibi Donald Trampı 4 faiz qabaqlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR