Mingəçevirdə şəhidin yeni doğulan nəvəsinə Ərdoğan adı verilib.
APA-nın yerli bürosunun məlumatına görə, Mingəçevir Xəstəxanasının doğum şöbəsində şəhid döyüşçü Tahir Şamxalovun oğul nəvəsi dünyaya gəlib.
Valideynləri tərəfindən körpəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Ərdoğan adı verilib.