Rumıniyalı futbolçu: "Azərbaycan pasportu almaq üçün lazımi orqanlara müraciət edəcəm”

Rumıniyalı futbolçu: "Azərbaycan pasportu almaq üçün lazımi orqanlara müraciət edəcəm”
# 22 fevral 2020 11:59 (UTC +04:00)

"Bizim üçün çox çətin oyun olacaq. Hər halda, şansların 50/50-ə olduğunu düşünürəm".

Bunu apasport.az saytına "Zirə"nin futbolçusu Adrian Skarlatake deyib.

Ötən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Zirə" Premyer Liqanın XVIII turunda səfərdə "Keşlə" ilə oynayacaq. Skarlatake bu matçda hər iki tərəfinin şanslı olduğunu düşünür: "Sabiq komandama qarşı oynayırıq. "Keşlə" yaxşı xatirələrim olan klubdur. Ancaq bu mənim üçün xüsusi yox, adi oyundur".

Rumıniyalı futbolçu sabiq komanda yoldaşı Sezar Meza Kollinin milliləşdirilməsi haqda danışarkən, özünün də Azərbaycan pasportu almaq istəyində olduğu deyib: "Sezarın adına sevindim. O, çox yaxşı futbolçudur. Mənim üçün Azərbaycan millisində oynamaq isə artıq gecdir. Həmçinin, yığma üçün gənc azərbaycanlı mərkəz müdafiəçiləri var. Onlara daha yaxşı olmaq üçün inam lazımdır. Uzun müddətdir ki, mən də Premyer Liqada oynayıram. Ola bilsin ki, bir müddət sonra Azərbaycan pasportu almaq üçün lazımi orqanlara müraciət edəcəm. Çünki oğlum da Bakıda doğulub".

Qeyd edək ki, 2011-ci ildən fasilələrlə ölkəmizdə oynayan Skarlatake “Xəzər Lənkəran” (2011-15), “Keşlə” (2016-18) və “Zirə”də (2018-ci ildən) forma geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR