Soyğunçuluq və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir

Soyğunçuluq və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir
# 17 avqust 2017 10:08 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq və quldurluq etməkdə təqsirləndirilən Nurlan Hacımayılzadə, Saleh Sadıqov, Taleh Mirzəyev və Adəm Lətifovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 22-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də Rahim Cəbrayılovun 1456 manat pulunu soyğunçuluq, martın 28-də isə Tarıyel Məmmədovun 400 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Hacımayılzadə, Saleh Sadıqov, Sumqayıt şəhər sakini Taleh Mirzəyev və Abşeron rayon sakini Adəm Lətifov yaxalanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR