Azərbaycan magistral qaz kəmərləri ilə nəqli 1%-dək artırıb

Azərbaycan magistral qaz kəmərləri ilə nəqli 1%-dək artırıb
# 24 yanvar 2017 08:52 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 44,129 mln. ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,9% Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və 2016-cı ildə bu kəmər vasitəsilə 33 mln. 929,9 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 4,7 mln. ton tranzit nefti də nəql edilib.

Ötən il ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 21 mlrd. 348,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilə nisbətən 0,8% artım müşahidə olunub. Qazın nəqlinin 33,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 7 mlrd. 145,1 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR