Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək

Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək
# 07 oktyabr 2017 15:31 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR