XİN: "Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

XİN: "Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
# 18 avqust 2017 14:08 (UTC +04:00)

Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. APA-nın Xarici İşlər Nazirliyinə məlumatına görə, bu sözləri Boliviyanın Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün bəyanatında deyib.

Görüşdə nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər və bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdiblər.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd ediblər. Nazirlər həmçinin iki ölkə arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladaraq Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Azərbaycan və Boloviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd ediblər və aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR