“Azərişıq” bayram günlərində 850 müraciətə baxıb

“Azərişıq” bayram günlərində 850 müraciətə baxıb
# 23 mart 2020 19:26 (UTC +04:00)

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

Bu barədə "APA-Economics"ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb: "Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirlmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi, hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır",- deyə T. Mustafayev qeyd edib.

Vətəndaşların şikayət və təklifləri “Azərişıq”ın facebook, instagram sosial şəbəkələri və whatsapp (+994772176762) vasitəsi ilə cavablandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR