Koronavirusun iqtisadiyyata təsirinin qiymətləndirilməsi üçün yaradılan İşçi Qrupun iclası keçiriləcək

Koronavirusun iqtisadiyyata təsirinin qiymətləndirilməsi üçün yaradılan İşçi Qrupun iclası keçiriləcək
# 23 mart 2020 19:15 (UTC +04:00)

Bu gün koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun iclası keçiriləcək.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

İqtisadiyyat naziri deyib ki, iclasda dövlət qurumları ilə yanaşı özəl sektorun da nümayəndələri iştirak edəcək: “15 gün ərzində İşçi Qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim etmək niyyətindədir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart tarixli sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR