İran XİN rəhbəri: “ABŞ-ın sanksiyaları qeyri-legitimdir”

İran XİN rəhbəri: “ABŞ-ın sanksiyaları qeyri-legitimdir”
# 03 fevral 2017 21:08 (UTC +04:00)

Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları qeyri-legitim adlandırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-nin qətnaməsi ilə uzlaşmır”, deyə Zərif bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq: “Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı məhdudiyyətlər tətbiq ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR