"Klass" abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif olunur

"Klass" abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif olunur
# 05 dekabr 2016 11:32 (UTC +04:00)

"Bakcell" şirkəti "Klass" tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verib.


"Bakcell" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu kampaniya abunəçilərə "Klass" tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli 4G internet xidmətindən faydalanmaq imkanı verir. Əsas məqsəd daha yüksək müştəri təcrübəsi və məmnuniyyətinə nail olmaq və "Klass" tarifinin abunəçilərini ən yüksək sürətli mobil internetin üstünlüklərindən faydalanmağa həvəsləndirməkdir.

Bu təklifdən faydalanmaq üçün abunəçilər sadəcə LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına malik olmalı və "Bakcell" LTE şəbəkəsinə qoşulmalıdırlar.

Bu kampaniya çərçivəsində, hazırda 3G şəbəkəsindən istifadə edən "Klass" abunəçiləri sadəcə "Bakcell" şirkətinin istənilən Müştəri Xidmətlərinə gəlib, istifadə etdikləri 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə də bilərlər. LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar. Kampaniya çərçivəsində verilən internet trafiki yalnız 4G şəbəkəsində, standart “Klass” tarifi paketinə daxil olan internet trafiki isə Bakcell-in istənilən şəbəkəsində istifadə edilə bilər.

Qeyd edək ki, abunəçilər “Bakcell Klass” tarifləri çərçivəsində hazırda ölkənin mobil rabitə bazarında ən cəzbedici təkliflərdən faydalana bilirlər. “Klass” tarifləri ailəsinə qoşulmaq olduqca asandır. Bunun üçün abunəçilər sadəcə http://www.bakcell.com/klass/en/klass/ keçidinə daxil olaraq öz ehtiyaclarına ən uyğun olan “Klass” tarifini seçməli və mobil telefonlarında seçdikləri tarifin aktivasiya kodunu yığmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR