"Azər-Türk Bank"ın iki departamentinin rəhbəri dəyişib

"Azər-Türk Bank"ın iki departamentinin rəhbəri dəyişib
# 24 yanvar 2017 11:07 (UTC +04:00)

"Azər-Türk Bank" ASC-də kadr dəyişikliyi baş verib. "APA-Economics" xəbər verir ki, bankın Xəzinədarlıq departamentinin direktoru Sənan Xəlilov işdən çıxıb. Onun yerinə bu vəzifəyə İlqar Yusubov təyin olunub.

Digər dəyişikliyə əsasən, bundan sonra Aktivlərin qiymətləndirilməsi və idarə olunması departamentinin direktoru Bəxtiyar Zeynalzadə olacaq. O, bu vəzifədə Adil Ələskərovu əvəzləyib.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR