Tikinti materiallarının istehsalı azalmaqda davam edir

Tikinti materiallarının istehsalı azalmaqda davam edir
# 16 noyabr 2016 07:58 (UTC +04:00)

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 14,5% azalaraq 287,6 mln. manat təşkil edib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 16,8%, beton qarışığının istehsalı 55,4%, tikinti gipsinin istehsalı 20,6%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 47,4% azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 351 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 2,2%-lik azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,8%-lik artım müşahidə olunub. Yanvar-oktyabr ayları ərzində sahə üzrə 44,1 min ton (48,2% çox) polad borular, 280,9 min ton (20% çox) polad tökmə, 2,2 min ton (2,8 dəfə çox) ayna çuqun və sair tökmə çuqun istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR