Çin Azərbaycana 112 yol inşaat və təmir texnikası verib

Çin Azərbaycana 112 yol inşaat və təmir texnikası verib
# 15 mart 2018 11:08 (UTC +04:00)

Bu gün Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Çin tərəfdən Çinin Ticarət Nazirliyi tərəfdən səlahiyyətli nümayəndələr Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey, Azərbaycan tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov iştirak ediblər.

S.Məmmədov Çin hökuməti və xalqına dərin hörmətini bildirərək ölkələrimiz arasında olan dost münasibətlərinin xalqlarımız arasında da təzahür etdiyini qeyd edib. Sədr Çin nümayəndə heyətinə 112 adda müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib.

Öz növbəsində Çinin səfirinin müşaviri Van Çunqan əlavə edib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin son 26 ildə rekord həddə, 1 mlrd. 200 mln. dollar həcmində olduğunu xüsusi olaraq vurğulayıb. Van Çunqan ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlərinin olmasını qeyd edərək gələcəyə inamla baxdıqlarını söyləyib.

Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR