Meksika körfəzində neft axıntısı ekoloji balansı məhv edə bilər
27 iyun 2010 00:44 (UTC +04:00)
Bakı-APA. Alimlər xəbərdarlıq edib ki, Meksika körfəzində neft ləkəsinin yaranması ətraf mühitə ciddi mənfi təsir göstərə bilər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, alimlərin fikrincə, ekoloji qəzanın fəsadları nəticəsində sahilyanı bataqlıqlar zonası məhv ola bilər. Bu zona bölgəni qasırğalardan qoruyur.
Bataqlıqlar Missisipi çayından bu sahələrə çökən lil kütləsi ilə yaradılıb.
Əmələ gələn münbit torpağın üstünü müxtəlif və çoxsaylı bitki örtüyü alır ki, bitkilərin ətrafa yayılan kökləri bataqlığın yaranmasında əsas rol oynayır.
Hazırda çayın daşmasının qarşısının alınması üçün çoxsaylı sipərlər yaradılıb.
Nəticədə lilin çökməsi prosesi xeyli zəifləyib. Bataqlığın eroziyası başlayıb. Bataqlıq zonası ildə 65 kvadrat km sahə həcmində azalmağa başlayıb.
Bu isə hər yarım saatda bir futbol meydançasının itirilməsinə bərabərdir. Neft ləkəsi bu prosesi daha da sürətləndirə bilər.
Nəticədə sahil xətti qasırğalar qarşısında müdafiəsiz qalır. Çünki Nyu Orlean kimi əhalinin sıx yaşadığı ərazilərə çatana kimi, qasırğanın gücü və sürəti məhz bataqlıq ərazilər üzərində zəifləyir.

Amerika
Pentaqon Kiyevə silah tədarükü ilə bağlı iclas keçirəcək
23:20
17 may 2024
Texasda qasırğa nəticəsində dörd nəfər ölüb
08:51
17 may 2024
Dövlət Departamenti: ABŞ Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir
07:07
17 may 2024
Braziliya Prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransa getməkdən imtina edib
06:00
17 may 2024