Oktyabrın 18-dən Gürcüstanda "NATO günləri" həftəsi başlayır

Oktyabrın 18-dən Gürcüstanda "NATO günləri" həftəsi başlayır
# 18 oktyabr 2010 07:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Oktyabrın 18-dən Gürcüstanda "NATO günləri" həftəsi başlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirlər NATO-nun İnformasiya Mərkəzi və Avropa və Avroatlantik strukturlara İnteqrasiya Nazirliyinin dövlət aparatının təşkilatçılığı sayəsində oktyabrın 23-nə kimi davam edəcək. "NATO günləri" çərçivəsində Gürcüstanın şəhər və rayonlarında, ali və orta məktəblərdə görüşlər keçiriləcək və baş tutan görüşlərdə NATO-ya üzv olan ölkələrin səfirləri və Xalq Diplomatiya Alyansını idarə edən nümayəndələr iştirak edəcəklər.
Oktyabrın 19-da Tiflis Texniki Universitetində Azərbaycanlı Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə NATO-nun nümayəndələri ilə azərbaycanlı tələbələrin görüşü keçiriləcək. "NATO günləri" həftəsi Siqnaxi dövlət muzeyində başlanacaq və Kutaisi şəhərindəki Akaki Sereteli adına Universitetdə təntənəli konsertlə başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR