Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 20 noyabr 2015 10:23 (UTC +04:00)

Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 150-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-330 faizini təşkil edir.

Tranzit çaylara gəlincə, noyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 125 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 141 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə edilib. Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 5, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 426 sm (2014-cü il noyabrın 20-də 303 sm), Şirvanda 309 sm (2014-cü il noyabrın 20-də 145 sm), Salyanda 283 sm (2014-cü il noyabrın 20-də 100 sm), Bankədə 217 sm (2014-cü il noyabrın 20-də 166 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2014-cü il noyabrın 20-də 33 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR