Prezident: "Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır"

Prezident: "Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır"
# 11 iyul 2016 19:36 (UTC +04:00)

Bakı - APA-Economics. "Postneft dövründə ciddi islahatlar aparılmalı idi və aparıldı".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı qeyd edib ki, daha ciddi islahatlar gömrük və vergi sahələrində aparılıb: "Qeyd etməliyəm ki, bu il (ilin birinci yarısında - red.) gömrük orqanlarından daxilolmalar 17% artıq yığılıb ki, bu da müsbət nəticədir. Vergi orqanlarından daxilolmalar 2% artıq olub, lakin burada da böyük ehtiyatlar var. Vergi orqanlarında da aparılan islahatlar bu sistemin daha da şəffaf olmasına şərait yaradacaq. Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır. İnsanlar, xüsusilə də iş adamları bunun müsbət nəticəsini görür. Eyni zamanda bunun nəticəsində ölkəyə daha çox vəsait daxil olur. Əlbəttə, islahatlar daha dərinləşməlidir. Maliyyə nəzarəti daha da gücləndirilməlidir", - deyə prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, bir neçə ilə dövlət büdcəsinin böyük hissəsi qeyri-neft sektorunun hesabına formalaşmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR