Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşlarla görüşəcək
# 30 yanvar 2016 15:11 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin fevralın 3-də saat 11:00-da rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, poçt, internet, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Çağrı Mərkəzi", (012) 598-38-18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

Lənkəran rayonunda - 02525 54242

Astara rayonunda - 02522 51111

Masallı rayonunda - 02521 53004

Lerik rayonunda - 02527 44266

Yardımlı rayonunda - 02520 61255

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR